Assembly of Science and Art
Slideshow
Gallery
dsdfsdsc_0103-10 phasdaoto-084-8 dsc_0397 dsc_3501

Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalılar tərəfindən elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclisdir.

Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. İlk toplantı 2006-cı il oktyabrın 10-da keçirilib. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar.

Adətən ayda bir və ya iki dəfə keçirilən “Elm və Sənət Məclisi”nin materialları ən yaxşı şəkildə çap olunur.Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digərləri çap olunma ərəfəsindədir.