Assembly of Science and Art
Slideshow
Gallery
piasdascture-010-3 snasdv10133 dsc_0170 dsdfsdsc_0103-11

Məclislərin məzmunu

“Elm və Sənət Məclisi”nin 1-ci məşğələsi

dsc_0093

2006-cı il оktyabrın 10-da Xəzər Universitəsi nəzdində
fəaliyyətə başlayan «Elm və Sənət Məclisi»nin ilk məşğələsi ke-
çirildi. «Fəlsəfə və pоeziya» mövzusuna həsr оlunmuş məşğələ-
də müxtəlif elmi qurumlardan dəvət оlunmuş mütəxəssis alimlər və yaradıcı ziyalılar, həmçinin tələbələr iştirak edirdilər.
Məclisi Xəzər Universitəsinin rektоru, prоfessоr Hamlet
İsaxanlı açaraq qоnaqları salamladı.

HАMLЕT АBDULLА оğlu İSАХАNLI 

ARDI….

 

“Elm və Sənət Məclisi”nin 2-ci məşğələsi

dsc_0090

2006-cı il оktyabr ayının 31-də Xəzər Universitəsində
fəaliyyət göstərən «Elm və sənət məclisi»nin ikinci məşğələsi
оldu. «İslamda sufilik» mövzusunun müzakirəsinə həsr
оlunmuş bu tоplantıda Cənubi Azərbaycandan оlan sоyda-
şımız dоktоr Cavad Heyət, müxtəlif elm və tədris оcaqları-
nın əməkdaşları, universitəmizin müəllim və tələbələri
iştirak edirdilər.
Canlı diskussiya və elmi fikir mübadiləsi şəraitində
keçən tоplantını Xəzər Universitəsinin rektоru, prоfessоr
Hamlet İsaxanlı açaraq, maraqlı məruzə ilə çıxış etdi.

Əqli, ruhi cərəyanlar
həmişə ən qızğın mövzulardan оlub

Prоfessоr Hamlet İSAXANLI:

– Əziz müəllimlərimiz!
Əziz tələbələr!
«Elm və sənət» məclisinin
növbəti tоplantısındayıq. Bilirsiniz ki, burada məqsədimiz elmin
və sənətin müxtəlif məsələləri
barədə məruzələr etmək, müzakirələr keçirmək və sоnralar daha geniş tədqiqatlar aparılması
üçün zəmin hazırlamaqdır. 

ARDI….

“Elm və Sənət Məclisi”nin 3-cü məşğələsi

dsc_0074

2006-cı il noyabrın 22-də Xəzər Universitetində fəaliyyət göstərən «Elm və sənət məclisi»nin üçüncü toplantısı ke-
çirildi. Budəfəki məclisdə «Orta əsrlərdə tərcümə fəaliyyəti.
«Quran»ın tərcümələri» mövzusu müzakirəyə çıxarılmışdı.
Azərbaycanın müxtəlif elm ocaqlarında çalışan tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən bu toplantıya ayrı-
ayrı peşə sahiblərinin, ictimaiyyət nümayəndələrinin və tə-
ləbələrin də təşrif buyurması müzakirəyə çıxarılan mövzunun aktuallığından xəbər verirdi.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani də iştirak
edirdi.
Toplantını giriş sözü ilə Xəzər Universitetinin rektoru,
professor Hamlet İsaxanlı açdı.

Tərcümə xalqlar və dövlətlər arasında
körpü yaradan fəaliyyət növüdür

Professor Hamlet İSAXANLI:

–Əziz dostlar, hörmətli qonaqlar!
Xoş gəlmisiniz!
«Elm və sənət məclisi»ni təş-
kil edərkən düşündük ki, geniş və
müxtəlif mövzularda müzakirələr
aparaq, yəni özümüzü bir sahə ilə
məhdudlaşdırmayaq. Doğrudur, hər
sahənin öz mütəxəssisləri var: ədə-
biyyatçılar, tarixçilər və s. Amma
məsələ burasındadır ki, hər hansı bir
sahə ilə yalnız o sahənin mütəxəssisləri məşğul olmurlar. 

ARDI….

“Elm və Sənət Məclisi”nin 4-cü məşğələsi

dsc_0076

2006-cı il dekabrın 12-də Xəzər Universitəsində fəaliyyət göstərən «Elm və sənət məclisi»nin 4-cü tоplantısı оldu.
Hər görüşdə auditоriyası bir az da genişlənən məclisin
işində bu dəfə Xəzər Universitəsinin müəllim-tələbə heyəti
ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərq-
şünaslıq İnstitutundan, Bakı Dövlət Universitetindən və
digər elmi qurumlardan dəvət оlunmuş çoxsaylı mütəxəssislər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin rektоru,
prоfessоr Hamlet İsaxanlı açdı.

«Ərəb dünyasında türklər»
mövzusu çоx genişdir

Prоfessоr Hamlet İSAXANLI:

–Əziz dоstlar, bu gün
«Elm və sənət məclisi»nin 4-cü
tоplantısıdır. Hər dəfə yeni qо-
naqlarımız оlur, məclisimiz yeniləşir, zənginləşir. Bu da təbiidir. Çünki hər dəfə yeni bir
mövzunu müzakirəyə çıxarırıq,
buna müvafiq də mütəxəssisləri
dəvət edirik; iştirakçıların tərkibi həmişə təzələnir. 

ARDI…

“Elm və Sənət Məclisi”nin 5-ci məşğələsi

dsc_0033

2007-ci il yanvarın 23-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 5-ci toplantısı oldu. “Orta
əsrlərdə Azərbaycan türkcəsinə tərcümələr (XV–XVI əsrlər)”
mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə bu dəfə də
mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə universitənin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Tərcümə işi geniş və vacib bir sahədir

Professor Hamlet İSAXANLI:

–Əziz dostlar! Hörmətli
müəllimlər və tələbələr!
Bu gün Xəzər Universitə-
sində payızda başladığımız “Elm
və sənət məclisi”nin 5-ci toplantısıdır. Biz çalışırıq ki, məclislərin arası kəsilməsin. Ona
görə, hətta tələbələrin imtahanları dövrü də məclisin işinin mü-
təmadi davam etdirilməsi mü-
hümdür.

ARDI….

“Elm və Sənət Məclisi”nin 6-cı məşğələsi

5005

2007-ci il fevralın 13-də Xəzər Universitetində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 6-cı toplantısı oldu. “Türk
dünyası bu gün. Azsaylı türk soyları” mövzusunun müzakirə-
sinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və təhsil
müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və
tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə universitetin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Azsayli xalqların öyrənilməsi, tədqiq edilməsi
qeyri-adi dərəcədə vacibdir. 

Professor Hamlet İsaxanlı:

– Hörmətli müəllimlər, tə-
ləbələr və qonaqlar!
“Elm və sənət” məclisinin
6-cı toplantısına xoş gəlmisiniz.
Bugünkü mövzumuz “Türk dünyası bu gün. Azsaylı türk soyları”dır.
Mövzuya keçməzdən əvvəl
mən bir sual qoyub, ona müəyyən cavab verməyə çalışacam.

ARDI….

“Elm və Sənət Məclisi”nin 7-ci məşğələsi

dsc_0046

2007-ci il fevralın 27-də Xəzər Universitəsində fəaliyyət göstərən “Elm və sənət məclisi”nin 7-ci toplantısı oldu.
“Hürufiliyin mahiyyəti və rəmzləri” mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və
təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə universitənin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Mücərrəd düşüncənin ilk təzahürləri
hərflər, əlifbalar, rəqəmlər və hesab olub

Hamlet İsaxanlı:

– Əziz dostlar, “Elm və
Sənət Məclisi”nin yeddinci toplantısına xoş gəlmisiniz.
Bugünkü mövzumuz “Hü-
rufiliyin mahiyyəti və rəmzlə-
ri”dir. 

ARDI….

“Elm və Sənət Məclisi”nin 8-ci məşğələsi

dsc_0019

2007-ci il martın 13-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 8-ci toplantısı oldu. “Sovet–Amerika qarşdurmasi: Azərbaycan böhranı və soyuq
müharibə” mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə tanınmış tarixçi alimlər, müəllimlər, tələbələr və digər
mütəxəssislər iştirak edirdilər.
Məclisi giriş sözü ilə Universitetin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Qeyri-müəyyən Azərbaycan məsələsi

Professor Hamlet İSAXANLI:

–Əziz dostlar!
“Elm və sənət məclisi”nin
səkkizinci toplantısına xoş
gəlmisiniz!
Ola bilər ki, burada –
məclisimizdə ilk dəfə iştirak
edənlər var. Ona görə də məlumat verim ki, bizim məclis ötən
ilin payızında fəaliyyətə başladı, ilk məclislər – görüşlər təş-
kil olundu. Bu görüşlərdə, elmi
seminarlarda müəyyən elm-sə-
nət sahəsi ilə bağlı mütəxəssislər gəlib burada məruzə edirlər. 

ARDI…

“Elm və Sənət Məclisi”nin 9-cu məşğələsi

dsc_0018

2007-ci il aprelin 3-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 9-cu toplantısı oldu.
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlı “Etnogenezis və Azərbaycan tarixçiliyi” mövzusunda məruzə etdi. Mövzunun müzakirəsində tanınmış mütə-
xəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə universitənin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Bu məsələ Avropada və Şimali Amerikada
bir elm sahəsi kimi daha çox inkişaf edib

Professor Hamlet İSAXANLI:

– Xoş gördük hamınızı, əziz dostlar!
Bu bizim “Elm və sənət məclisi”mizin 9-cu toplantısıdır.
Bugünkü mövzumuz “Etnogenezis və Azəraycan tarixçiliyi”
adlanır. Kifayət qədər populyar, ilk baxışdan rahat başa düşülən
bir mövzudur. Əslində isə bu, çox böyük fikir ayrılıqlarına və
elmi mübahisələrə yol açan bir sahədir.

ARDI…

“Elm və Sənət Məclisi”nin 10-cu məşğələsi

İmir_Məmmədli

2007-ci il mayın 8-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 10-cu toplantısı oldu.
“Gürcü xalqının mədəniyyəti və milli psixologiyası: müqayisəli təhlil” mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə
bu dəfə də müxtəlif elm və təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə Universitəsin rektoru, professor
Hamlet İsaxanlı açdı.

Etnopsixologiya xalqın ruhunun
öyrənilməsidir

Professor Hamlet İSAXANLI:

–Əziz dostlar!
“Elm və sənət məclisi”nin
hörmətli qonaqları!
Payızda başladığımız görüş-
lərin, seminarların bu gün sayca
onuncusudur. Onluq say sistemində ilk ikirəqəmli ədədə çatdıq. Bilirsiniz ki, hər on məclisin materialları bir kitab olacaq. Yəni bugünkü məruzədən və müzakirədən
sonra həmin kitab çapa hazırlanacaq və bu, ümid edirəm ki, davam
edəcək.

ARDI….