Assembly of Science and Art
Slideshow
Gallery
dsc_0427 dsc_4832 piasdascture-010-12 snv1sd-10

Professor HAMLET İSAXANLI

Doğum tarixi:      1 mart 1948-ci il

Doğum yeri:        Kosalı, Qarayazı, Gürcüstanattach-635045803606740000

Vətəndaşlıq:         Azərbaycan

Elm sahəsi:          riyaziyyat, ədəbiyyat, elm, təhsil və mədəniyyət tarixi

Elmi dərəcəsi:     fizika-riyaziyyat elmləri doktoru

Elmi vəzifəsi:      professor

Təhsili

1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

Ad və təltiflər

1965: Qızıl medal – Orta məktəb məzunu, Gürcüstan

1970: Fərqlənmə diplomu, mexanika-riyaziyyat fakultəsi, Azərbaycan Dövlət Universiteti

1973: Fizika-riyaziyyat еlmləri namizədi -alimlik dərəcəsi,M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu

1973 – 1988: Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutnun baş elmi işçisi, tədqiqat qrupu rəhbəri

1975 – 1976: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrasında tədqiqatçı

1976-dan başlayaraq: Elmi məqalələri SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən ən sanballı elmi işlər siyahisinə daxil edilmişdir

1979 – 1981: Azərbaycan Dövlət Universiteti, dosent

1979-cu ildən bu vaxta qədər: Amerika, Avropa və Asiya da çoxsaylı universitet və tədqiqat mərkəzlərinin dəvətli professoru, çoxsaylı beynəlxalq layihələrin rəhbəri, beynəlxalq konfransların təşkilatçısı

1983: Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər akademiyasının V.A. Steklov adına Riyaziyyat İnstitutu, Moskva

1988 – 1990: Leninqrad Maliyyə və İqtisad İnstitutu Bakı filialında Riyaziyyat kafedrasının müdiri

1991: Xəzər Universitetinin təsisçisi

1991-dən bu vaxta qədər: Xəzər Universitetinin rektoru

1994: Yusif Məmmədəliyev mükafatı laureatı – Elm və təhsil sahəsindəki xidmətlərinə görə

1995-ci ildən bu vaxta qədər: “Аzərbaycan Araşdırmalar Jurnalı” (Journal of Azerbaijani studies), “Xəzər Riyaziyyat Jurnalı”з (Khazar Journal of Mathematics) elmi jurnallarının və “XəzərXəbər” (Khazar View)ədəbi-publisistik dərgisinin redaktoru, “Azərbaycan Arxeologiyası” jurnalının təsisçisi

1996 – bu vaxta qədər: Azərbaycan universitetləri rektorlar şurasının həmsədri

1997: Xəzər Universitəsi İdman klubunun təsisçisi (super liqada futbol klubu -1999-2004, super liqada basketbol klubu -1999-bu günə qədər, şahmat klubu – 2005)

1997 – 1999: Avrasiya (Eurasia Foundation) Qafqaz fondu, Tbilisi, idarə heyətinin üzvü

1998 – 2002: Açıq Cəmiyyət İnstitutu – Azərbaycan (Soros fondu), idarə heyətinin üzvü

2000 – 2007: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, İcraiyyə Komitəsinin üzvü

2001- bu vaxta qədər: Özəl universitetlər Assosiasiyasının prezidenti

2001: Beynəlxalq Elmlər Akademiyası – Elmi Tərəqqi üzrə Beynəlxalq Şura, həqiqi üzv

2004: “Qızıl Qələm” mükafatçısı – Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə

2005: Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası, həqiqi üzv

2005: “Səməd Vurğun” mükafatı laureatı – Maarifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə

2005: Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, üzv

2008: Fəxri doktor. Avrouniversitet (Tallin, Estoniya)

2008: Birinci vitse-prezident, EURAS (Avroasiya Universitetlər Birliyi)

2010: Cəfər Cabbarlı mükafatı laureatı – Klassik və çağdaş Azərbaycan poeziyası nın təbliğinə, çoxcildli “Azərbaycan Sevgi Poeziyası” kitabının tərtibinə görə.

2010: Milli “Xəzər” mükafatı laureatı – Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə və beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə.

2010: Karabakh Foundation, USA (Qarabağ fondu, ABŞ), (www.karabakhfoundation.org), həmtəsisçi və direktorlar şurasının üzvü.

2012: «Khazar Education and Research Foundation ASBL» (Luxembourg), həmtəsisçi.

ƏLAQƏ:

Məhsəti küçəsi 11

Bakı AZ1096 Azərbaycan

Tel : (994 12) 4225253

Fax: (994 12) 4989379

E-mail: hamlet@khazar.org
www.hisaxanli.org
www.khazar.org